Ədalət Vəliyev Arif Hacılı ilə görüşüb

Ədalət Vəliyev Arif Hacılı ilə görüşüb Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb.
Daxili siyasət
2 Oktyabr , 2020 18:42
Ədalət Vəliyev Arif Hacılı ilə görüşüb
Arif Hacılı

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşüb. 

"Report"un məlumatına görə, bu barədə A.Hacılı "Facebook" səhifəsində yazıb. 

"Əvvəlcədən razılaşdırdığımız kimi Qarabağ məsələsi ilə bağlı müzakirələrimiz oldu. Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik. Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi