Dünyaya gələn körpəyə şəhid olan atasının adı verilib
Daxili siyasət
- 08 yanvar, 2021
- 14:36
Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun oğlan övladı dünyaya gəlib.
"Report"un Muğan bürosu xəbər verir ki, Bakıda xəstəxanaların birində dünyaya gələn körpəyə şəhid olan atasının adı verilib.
Körpə bu gün xəstəxanadan evə buraxılıb və şəhidin ailə üzvləri yeni doğulan uşaqla birlikdə yaşadıqları Biləsuvar rayonunun Ağalıkənd kəndinə yola salınıb.
Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən onların təntənəli qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, körpə Ruslan Qurbanov şəhid Ruslan Qurbanovun ilk övladıdır.
Xatırladaq ki, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanov sentyabrın 27-dən başlayaraq Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Son xəbərlər
14:30
Sahibə Qafarova: Azərbaycan-İspaniya əlaqələrinin genişlənməsi üçün diaqloqlar davam edir
Xarici siyasət14:29
Fransina Armenqol Sosias: İspaniya Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağına ümid edir
Xarici siyasət14:23
İspaniya parlamentinin sədri: Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindəyik
Xarici siyasət14:21
Peskov: ABŞ-nin blokladığı Rusiya aktivlərinin həcmi 5 milyard dollardan bir qədər azdır
Region14:20
Foto
Rəsmi Bakı: Azərbaycan İranda sabitliyə önəm verir
Xarici siyasət14:16
Peskov: BƏƏ-dəki danışıqlarda Rusiyanı Müdafiə Nazirliyinin nümayəndələri təmsil edəcək
Region14:15
"Arsenal" müdafiəçisi ilə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
Futbol14:14
Sahibə Qafarova: Son dövrlərdə Azərbaycanla İspaniya arasında fəal siyasi dialoq mövcuddur
Xarici siyasət14:10
Foto