Bu gün dünyada 60-dan çox ölkə mina terrorundan və partlamamış sursatlardan əziyyət çəkir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan da bu siyahıdadır: "Bu mövzu öz aktuallığını itirmir. Biz beynəlxalq ictimaiyyətin diqqətini çəkmək istəyirik".
A.Əliyeva beynəlxalq təşkilatlara müraciət edərək bu təşəbbüsü dəstəkləməyə çağırıb.