DTX Şimal bölgəsində maarifləndirici tədbir keçirib - VİDEO

DTX Şimal bölgəsində maarifləndirici tədbir keçirib - VİDEO Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qusar rayonunda maarifləndirmə tədbiri keçiriblər.
Daxili siyasət
2 Oktyabr , 2019 14:04
DTX Şimal bölgəsində maarifləndirici tədbir keçirib - VİDEO

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qusar rayonunda maarifləndirmə tədbiri keçiriblər. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbir DTX-nin Beynəlxalq antiterror təlim mərkəzinin təşkilatçılığı ilə gənclər və qeyri-hökumət təşkilatları, təhsil, elm, mədəniyyət ocaqları həmçinin, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə terrorçuluğa qarşı mübarizə sahəsində maarifləndirmə məqsədilə keçirilib. 

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov belə tədbirlərin mütamadi olaraq keçirilməsinin vacibliyindən, dövlətin müstəqilliyinin saxlanması üçün rayon sakinlərinin xüsusi xidmət orqanlarının yanında olmağın vacibliyindən danışıb. 

Çıxış edənlər beynəlxalq terror təşkilatlarının Azərbaycanda radikal dindarlardan ibarət sosial bazanın formalaşdırılması üçün dini cəhətdən azsavadlı, aztəminatlı gənclər arasında təbliğat işini davam etdirilməsinindən, bu məqsədlə respublikanın bölgələrində "cihad"ın təbliğatı aparılmasından, gəncləri münaqişə bölgələrinə getməyə və terrorçu təşkilatlara qoşulmağa dəvət olunmasından danışıblar. 

Sonda antiterror əməliyyatları əks olunan sənədli film nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi