Yuxarı
    Bağlamaq

    DTX-nin Bakının ​rayonları üzrə idarələri yaradılıb, rəis təyinatları olub

    Nizami rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Yusif Mirzəyev təyin edilib

    Bakı. 5 fevral. REPORT.AZ/ Bakı şəhərinin bütün rayonlarında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) idarələri formalaşdırılıb.

    "Report"un xəbərinə görə, DTX-nin 12 rayonunun hər birində idarələri yaradılıb, idarələrdə müvafiq qaydada kadr təyinatları olub.

    Təyin edilmiş şəxslərdən bəzilərinin adları da açıqlanıb. Belə ki, Nizami rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə Yusif Mirzəyev təyin edilib, müavini isə Şahin Həsənov olub.

    Xətai rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə isə Vahid Tağıyev təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi