DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib

DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib
Daxili siyasət
189
10 May , 2021 09:15
DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, DTX-nin saytında yer alan məlumatda deyilir:

“Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş ulu öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin etibarlı qorunması naminə əzm və qətiyyətlə çalışır”.

Son xəbərlər

Orphus sistemi