Yuxarı
    Bağlamaq

    DSK: Bəzi şəxslərin hərəkətləri İqbal Ağazadə üçün qanunsuz üstünlük yaratmağa yönəlib

    90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyası bəyanat yayıb

    Bakı. 18 iyun. REPORT.AZ/ 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyası bəyanat yayıb.

    “Report”un xəbərinə görə, bəyanatda deyilir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2016-cı il iyunun 18-nə təyin edilmiş təkrar seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi məqsədilə seçicilər, çoxsaylı müşahidəçilər və seçki prosesinin digər iştirakçıları üçün seçki qanunvericiliyində nəzərdə tutulmuş bütün imkanlar yaradılıb: “Hazırda seçki prosesinin ümumən qanunvericiliyə uyğun davam etməsinə baxmayaraq, bəzi hallarda özlərini KİV fəaliyyəti ilə məşğul olan qurumların nümayəndələri kimi təqdim edən səlahiyyəti bəlli olmayan şəxslər seçicilərin iradəsinin azad ifadə olunmasına, seçki komissiyalarının, müşahidəçilərin və digər səlahiyyətli şəxslərin fəaliyyətinin normal həyata keçirilməsinə mane olan hallara yol verirlər.

    Bu hərəkətlər namizəd İqbal Ağazadə üçün qanunsuz üstünlük və əlverişli şərait yaratmağa yönəlib, həmin şəxslər tərəfindən KİV nümayəndələrinin adından sui-istifadə hallarına yol verilib, məntəqə seçki komissiyalarının işinə müdaxilə etmə, habelə ayrı-ayrı məntəqələrdə və onların qarşısında qarışıqlıqlar salmağa və qarşıdurma yaratmağa açıq cəhdlər edilib. Bununla da seçki hüququnun həyata keçirilməsinə maneələr törədilib və Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulub”.

    Sənəddə bildirilib ki, 19 saylı seçki məntəqəsində oxşar fəaliyyətə yol verildiyindən bu hərəkətlərə yol vermiş iki nəfərin əməli də rəsmiləşdirilərək onların məntəqədən kənarlaşdırılması və səsvermə prosesinin bərpa olunması üçün qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb: “Bildiririk ki, ölkəmizdə keçirilən seçkilərin beynəlxalq standart və normalara cavab verməsi üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini və statusunu müəyyən etməyə imkan verən fotoşəkilli lövhəciyi olmalı, öz fəaliyyətlərini Seçki Məcəlləsinin 43-cü maddəsinin tələblərinə uyğun qurmalı olan KİV nümayəndələri də daxil olmaqla, seçki prosesinin bütün iştirakçıları həmin Məcəllənin 2.2-ci, 2.6.7-ci, 2.6.11-ci, 2.6.13-cü, 2.6.16-cı, 43-cü maddələrinə əsasən seçicilərin öz iradələrini sərbəst və azad ifadə olunmasına mane olma, seçki komissiyalarının fəaliyyətinə əsassız müdaxilə etmə, səsvermə və səslərin sayılması prosesini pozma, hədə-qorxu, təzyiq, zorakılıq, böhtan xarakterli hərəkətlərə yol vermə, seçiciləri qanunsuz yollarla ələ alma və s. bu kimi qanunsuz fəaliyyətə yol verməməlidirlər. İnanırıq ki, qeyd edilən tələblərə uyğun qurulmuş fəaliyyət seçki təcrübəsinin daha da təkmilləşdirilməsinə müsbət töhfələrini vermiş olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi