Prezident
"Report" xəbər verir ki, fərmanla dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılıb.
Fərmanla “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib.
Fərmanda qeyd olunub ki, “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur.
Dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.
Fərmanla Nazirlər Kabinetinə, Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası, Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.