Dövlət Xidmətinin iki əməkdaşına general-mayor rütbəsi verilib

Dövlət Xidmətinin iki əməkdaşına general-mayor rütbəsi verilib Bakı. 11 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
11 Fevral , 2019 17:42
Dövlət Xidmətinin iki əməkdaşına general-mayor rütbəsi verilib

Bakı. 11 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

polkovnik Yusif Həsən oğlu Mirzəyevə.

Son xəbərlər

Orphus sistemi