Dövlət Xidməti: "AAYDA və Elektrikquraşdırma Müəssisəsinin həlak olan əməkdaşlarına şəhidlik statusunun verilməsi məsələsinə baxılacaq"

Dövlət Xidməti: "AAYDA və Elektrikquraşdırma Müəssisəsinin həlak olan əməkdaşlarına şəhidlik statusunun verilməsi məsələsinə baxılacaq" “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma Müəssisəsinin həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxıla
Daxili siyasət
19 Sentyabr , 2023 11:24
Dövlət Xidməti: AAYDA və Elektrikquraşdırma Müəssisəsinin həlak olan əməkdaşlarına şəhidlik statusunun verilməsi məsələsinə baxılacaq

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma Müəssisəsinin həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq".

Bunu "Report"a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

Qeyd edək ki, sentyabrın 19-da Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, həmin gün Laçın rayonunun Mollalar kəndində “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşları - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Son xəbərlər

Orphus sistemi