Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu təsdiqlənib

Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu təsdiqlənib Həmçinin, Xidmətdə ali hərbi rütbəli vəzifələrin siyahısı təsdiq olunub
Daxili siyasət
373
13 Yanvar , 2016 18:16
Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu təsdiqlənib

Bakı. 13 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, sənədlə “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilib.

Həmçinin, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu” təsdiqlənib.

“Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi” təsdiq edilib.

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı” təsdiqlənib.

Nazirlər Kabinetinə Prezidentin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi