​Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları "Heydər zirvəsi”nə yürüş ediblər

​Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları "Heydər zirvəsi”nə yürüş ediblər Yürüş iştirakçıları Azərbaycanın Dövlət Bayrağını ucaldıblar
Daxili siyasət
9 May , 2016 13:53
​Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Heydər zirvəsi”nə yürüş ediblər

Bakı. 9 may. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər zirvəsi”nə yürüş ediblər.

"Report"un DTX-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Sonra Bakı şəhərindən Heydər Əliyevin adını daşıyan Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüşə başlanılıb.

Yürüş Qızıl Qaya massivinin ətəklərində davam edib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədi ilə həmin ərazidə düşərgə salınıb. Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə yüksək idman əhval-ruhiyyəsi ilə mayın 8-də “Heydər zirvəsi”nə qalxaraq Ümummilli Liderin xatirəsini yad ediblər və Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.

Son xəbərlər

Orphus sistemi