Bakı. 11 avqust. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) emblemi təsdiqlənib.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” fərmanında dəyişikliklər edib.
Yeni fərmanla ləğv edilmiş MTN-in rəsmi embleminin adında və təsvirində dəyişiklik olunmaqla Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilib.