Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb Dövlət sərhədini pozan şəxslər saxlanılıb.
Daxili siyasət
30 Sentyabr , 2022 11:02
Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 29-da saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən 4 (dörd) nəfər Əfqanıstan Respublikasının vətəndaşları 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi