“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncama dəyişikliklər edilib

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncama dəyişikliklər edilib Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
7 Avqust , 2017 18:40
“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” sərəncama dəyişikliklər edilib

Bakı. 7 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib. 

Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:
rəhbər 365
rəhbərin müavini 345
sektor müdiri, baş mühasib 315
baş məsləhətçi 290
böyük məsləhətçi 285
aparıcı məsləhətçi 280
məsləhətçi 275

“Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonra “yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilib.

Son xəbərlər

Orphus sistemi