Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Firudin Hilal oğlu Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Hilal oğlu Nəbiyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Dövlət başçısının digər sərəncamı ilə prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının “Əməkdar Hüquqşünas” fəxri adı verilib.
Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Musayev Pərviz Kərim oğlu
“Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə
Ələkbərov Fazil Nəriman oğlu
Ələkbərov İqbal Rafiq oğlu
Əliyeva Aysel Etibar qızı
Hüseynov Camil Xalid oğlu
Hüseynov Orxan Yaşar oğlu
İbrahimov Ramin Ənvər oğlu
İsmayılov Nadir Kamil oğlu
Məmmədov Kərim Əvəz oğlu
Məmmədov Qüdrət Niftulla oğlu
Rüstəmov Hidayət Vaqif oğlu
Süleymanzadə Lalə Rəfail qızı