Dövlət Miqrasiya Xidmətində BMT QAK-ın nümayəndələri ilə görüş olub

Dövlət Miqrasiya Xidmətində BMT QAK-ın nümayəndələri ilə görüş olub "Azərbaycan əraziləri işğal altında saxlanılır və həmin şəxslər öz yurdlarına qayıda bilmirlər"
Daxili siyasət
8 iyun 2017 15:32
Dövlət Miqrasiya Xidmətində BMT QAK-ın nümayəndələri ilə görüş olub

Bakı. 8 iyun. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv ilə görüşüb.

Qurumdan "Report"a verilən məlumata görə, F.Nəbiyev Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə söhbət açıb. O bildirib ki, Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyası, o cümlədən “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi çərçivəsində əldə edilən nailiyyətlər qurumlar arasında güclənən səmərəli əməkdaşlığın göstəricisidir.

Xidmət rəisi vurğulayıb ki, müstəqilliyinin ilk illərində ərazisinin 20 faizindən çoxunun Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan bu böhranın öhdəsindən demək olar, təkbaşına gəldi. Amma BMT-nin qətnamələrinə məhəl qoymayan Ermənistanın qeyri konstruktivliyi ucbatından münaqişə bu gün də davam edir, Azərbaycan əraziləri işğal altında saxlanılır və həmin şəxslər öz yurdlarına qayıda bilmirlər.

Yohannes van der Klauv qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib. O,vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətininbundan sonra da müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub.

Qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyin ifadə edildiyi görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis iştirak edib.

Son xəbərlər

Orphus sistemi