Dövlət Komitəsi qadınları təbrik edib

Dövlət Komitəsi qadınları təbrik edib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirib.
Daxili siyasət
7 Mart , 2022 16:28
Dövlət Komitəsi qadınları təbrik edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirib.

"Report" xəbər verir ki, tədbirdə ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak ediblər.

Tədbirin dövlətin qadın siyasətindən bəhs edən film nümayiş olunub.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısının qadınlara ünvanladığı təbrik məktubunu oxuyub.

Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, ölkədə qadınların ictimai həyatın bütün sahələrində rolunun ildən-ilə artdığını deyib: "Azərbaycan qadınları dövlətin dəstəyini hər zaman hiss edirlər. Prezident İlham Əliyev qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkədə hər bir şərait yaradıb".

Sonda Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilən qadınlara gül dəstələri təqdim olunub.

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova çıxışında Azərbaycan qadınları adından dövlət başçısına təşəkkür edib.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Orphus sistemi