Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiqləndi

Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiqləndi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiqlənib
Daxili siyasət
22 Fevral , 2021 14:34
Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiqləndi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı təsdiqlənib.

Bu barədə "Report"a Dövlət Komissiyasının İşçi qrupundan bildiriblər.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması və görülən işlərin davamlılığının təmin olunması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planı Komissiyanın sədri Əli Əhmədov tərəfindən təsdiqlənib və icraya yönəldilib.

Son xəbərlər

Orphus sistemi