Yuxarı
    Bağlamaq

    ​Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına iş üçün müraciət edənlərin sayı açıqlanıb

    Seçim prosesindən keçmiş və işə qəbul üçün digər tələblərə uyğunluğu araşdırılacaq namizədlər məlumatlandırılıb

    Bakı. 2 mart. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına işə qəbulla bağlı 883 nəfər müraciət edib.

    Dövlət Komissiyasının İşci qrupundan "Report"a verilən məlumata görə, onların arasında müəyyən olunmuş proqram çərçivəsində yoxlama aparılıb və seçim tədbiri başa çatdırılıb. Seçim prosesindən keçmiş və işə qəbul üçün digər tələblərə uyğunluğu araşdırılacaq namizədlər məlumatlandırılıb.

    Qeyd edək ki, komissiyanın sədri Mədət Quliyevin göstərişinə əsasən, 2015-ci il dekabrın 19-da komissiyanın rəsmi saytında İşçi qrupundakı vakant vəzifələrə işə qəbulla bağlı elan verilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi