Dövlət Komissiyası: "I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir"

Dövlət Komissiyası: "I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir" "Sözsüz ki, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir".
Daxili siyasət
18 Avqust , 2023 16:09
Dövlət Komissiyası: I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir

"Sözsüz ki, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir".

"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bunu bir daha təsdiq edir: "Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirib.

Məsələ ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə rəsmi müraciət edilsə də, cavab alınmayıb".

Son xəbərlər

Orphus sistemi