Bakı. 18 mart. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəzaların tətbiq edilməsi barədə layihəsi təsdiqlənib. "Report"un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni - 308-1-ci maddə əlavə edilib.
Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunacaq.
Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.