Dövlət başçısı MİDA-nın Gəncədə inşa etdiyi yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Dövlət başçısı MİDA-nın Gəncədə inşa etdiyi yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.
Daxili siyasət
1353
24 İyun , 2020 21:34
Dövlət başçısı MİDA-nın Gəncədə inşa etdiyi yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

"Report" xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verildi.

Bildirildi ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 2020-ci ilin fevral ayında Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yaşayış kompleksinin tikintisinə başlanılıb. Kompleksə 18 çoxmənzilli bina və əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli ümumtəhsil məktəbləri üçün bina, uşaq bağçası və digər xidmət obyektləri daxildir. Cari ilin avqust ayında ümumtəhsil məktəbi binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulub. Layihəyə əsasən yaşayış binaları doqquz və on iki mərtəbəli olacaqdır.

Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi və digər texniki avadanlıqlarla təchiz olunmuş vəziyyətdə təklif ediləcək. Kompleksin ərazisində yaşıllıq zonaları, uşaq meydançaları yaradılacaq.

Qeyd edək ki, bu kompleksin tikintisi demoqrafiq inkişafa uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin həllində mühüm əhəmiyyət kəsb edəcək.


***16:11

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

"Report" xəbər verir ki, dövlət başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi