Dövlət Agentliyinin işçilərinin sayı artırılıb, daha 87 nəfər işə götürülüb

Dövlət Agentliyinin işçilərinin sayı artırılıb, daha 87 nəfər işə götürülüb Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının sayı artırılıb.
Daxili siyasət
11 Fevral , 2021 09:20
Dövlət Agentliyinin işçilərinin sayı artırılıb, daha 87 nəfər işə götürülüb

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının sayı artırılıb.

"Report" xəbər verir ki, bu, Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Hesabat ilində kadr potensialının gücləndirilməsi məqsədilə görülən tədbirlər çərçivəsində keçirilən müsabiqə və müsahibələrin nəticələrinə görə 87 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunub.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən Dövlət Agentliyinin işçilərinin sayı 20 vahid artırılaraq 915 ştat vahidinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi