Dövlət Agentliyində struktur dəyişikliyi aparılıb, yeni şöbələr yaradılıb

Daxili siyasət
  • 31 yanvar, 2022
  • 09:06
Dövlət Agentliyində struktur dəyişikliyi aparılıb, yeni şöbələr yaradılıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturunda dəyişikliklər edilib.

"Report" xəbər verir ki, qurumda 3 yeni şöbə yaradılıb.

Bunlar Xidmətlərin Dizaynı və Qiymətləndirmə şöbəsi, Rəqəmsal Texnologiyalar və İnnovasiyalar şöbəsi və Analitik Təhlil və Statistika şöbəsidir.