“Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər çəkən sahibkarlarla keçirilən görüşdə Prezident Administrasiyasının nümayəndələri də iştirak ediblər. Bu məsələ Prezident
Bunu “Report”a açıqlamasında Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev deyib.
Onun sözlərinə görə, “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində 420 vətəndaşa ziyan dəyib: “Dəymiş ziyanın qiymətləndirilməsi üçün komissiya yaradılacaq. Komissiyanın yaradılması ən geci sabah başa çata bilər. Qiymətləndirmə başa çatdıqdan sonra müvafiq vəsait ayrılacaq. Həmin vəsait də sahibkarların bank hesablarına köçürüləcək. Sahibkarlar dəymiş ziyanı dəqiq açıqlasalar, yaxşı olar. Belə olan halda, həm onların, həm də bizim işimiz asan olar. Bütün hallarda proses nəzarətdə olacaq”.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət mərkəzi tamamilə yararsız hala düşüb.