Dini komitə ibadət yerlərində ağacəkmə aksiyası keçirib

Dini komitə ibadət yerlərində ağacəkmə aksiyası keçirib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” aksiyasını Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yerləşən dini ibadət yerlərində davam etdirib.
Daxili siyasət
24 May , 2024 18:06
Dini komitə ibadət yerlərində ağacəkmə aksiyası keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yerləşən dini ibadət yerlərində ağacəkmə aksiyası keçirib.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, may ayının 23-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin ətrafında keçirilən ağacəkmə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

İslam və qeyri-islam dini icma üzvlərini bir araya gətirərək ibadət evlərinin ətrafını, yaxınlıqdakı ictimai yerləri yaşıllaşdırmaq, dini icmalar arasında ümummilli məsələlərdə həmrəylik, eləcə də əməkdaşlığı daha da artırmaq məqsədilə keçirilən aksiyalarda ağac və gül tingləri əkilib, abadlıq işləri aparılıb.

Qeyd edək ki, “Yaşıl gələcək naminə” ağacəkmə aksiyasına Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə may ayının 10-da start verilib.

Son xəbərlər

Orphus sistemi