Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişib Bakı. 23 aprel. REPORT.AZ/ Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Daxili siyasət
23 Aprel , 2018 19:14
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişib

Bakı. 23 aprel. REPORT.AZ/ Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 

"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb. 

Qeyd edək ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib. Bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri isə Nazim İbrahimov idi. 

Son xəbərlər

Orphus sistemi