Diaspor fəalı: "Azad olunan torpaqlara qayıtmaq çox qürurvericidir"

Diaspor fəalı: "Azad olunan torpaqlara qayıtmaq çox qürurvericidir" "Bu gün bir qarabağlı olaraq 29 il sonra işgaldan azad olunan torpaqlara qayıtmaq Macarıstanda yaşayan bir azərbaycanlı kimi çox qürurvericidir".
Daxili siyasət
19 Avqust , 2021 18:05
Diaspor fəalı: Azad olunan torpaqlara qayıtmaq çox qürurvericidir
Nuranə Verdiyeva

"Bu gün bir qarabağlı olaraq 29 il sonra işgaldan azad olunan torpaqlara qayıtmaq Macarıstanda yaşayan bir azərbaycanlı kimi çox qürurvericidir".

Bunu "Report"a açıqlamasında bu gün Şuşa sakinləri ilə birlikdə şəhərdə səfərdə olan Azərbaycanın Macarıstandakı diasporunun üzvü, gənc fəal Nuranə Verdiyeva deyib.

Sevincinin həddi-hüdudunun olmadığını bildirən gənc fəal sevinc və kədər göz yaşlarının bir-birinə qarışdığını ifadə edib: "29 ildir kitablardan, xəbər saytlarından, televiziyalardan eşitdiyim Şuşaya gəlmək, şəhəri görmək və bu hisslərimi sözlərlə bölüşmək çox çətindir. Düzünü desəm, mənim üçün bu qədər çətindirsə, Şuşaya 29 il 10 ay 3 gündür gəlməyən və gəlmək üçün gün sayan, 5 ailə üzvü ilə çıxıb tək qayıdan Şuşa sakinlərinin hansı hisslər keçirdiyini təsəvvür edə bilmirəm".

Diaspor fəalı qeyd edib ki, bu şəhərin sakinlərinin Şuşaya gələrkən göz yaşlarını tuta bilməməsi, dizini yerə qoyub torpağı öpməsi çox təsirli mənzərədir: "Gün boyu evini axtaran, daş parçalarını görüb yerləri, xatirələri xatırlayan, illər sonra qonşusunu tapıb göz yaşları ilə bir-birinə sarılan mehriban xalqın dəmir yumruq kimi birləşməsini görmək bizim hamımızı çox sevindirir. Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza və ordumuza dərin minnətdarlığımı bildirir, bu gözəl torpağı görməyi bütün xaricdə yaşayan azərbaycanlılarımıza arzulayıram".

Son xəbərlər

Orphus sistemi