DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinə yeni rəis təyin olunub

DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinə yeni rəis təyin olunub Daxili İşlər Nazirliyində yeni kadr təyinatları olub.
Daxili siyasət
430
29 Dekabr , 2019 12:57
DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinə yeni rəis təyin olunub

Daxili İşlər Nazirliyində yeni kadr təyinatları olub. 

"Report"un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Soltan Zeynalov vəzifəsindən azad olunaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi polis polkovniki Yaşar Nuriyev isə DİN-in Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi