DİN bayram günlərində vətəndaş qəbulunu davam etdirəcək

DİN bayram günlərində vətəndaş qəbulunu davam etdirəcək Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri işləyəcək
Daxili siyasət
18 mart 2017 08:03
DİN bayram günlərində vətəndaş qəbulunu davam etdirəcək

Bakı. 18 mart. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin müvafiq qurumları qeyri-iş günlərində vətəndaş qəbulunu davam etdirəcək.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi