Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla gömrük xidməti general-mayoru Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.
Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Report"a faktı təsdiqləyiblər.
Qeyd edək ki, B.Quliyev 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2022-ci il yanvarın 7-də isə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub.
Ailəlidir, 4 övladı var.