Deputatlığa namizədlərin əksəriyyətinin heç bir siyasi fəaliyyəti olmayıb - HESABAT

Deputatlığa namizədlərin əksəriyyətinin heç bir siyasi fəaliyyəti olmayıb - HESABAT Deputatlığa namizədlərin əksəriyyətinin işsiz olduğu, hətta bu günə qədər heç bir siyasi fəaliyyətinin olmadığı ortaya çıxıb.
Daxili siyasət
21 Avqust , 2024 11:20
Deputatlığa namizədlərin əksəriyyətinin heç bir siyasi fəaliyyəti olmayıb - HESABAT

Deputatlığa namizədlərin əksəriyyətinin işsiz olduğu, hətta bu günə qədər heç bir siyasi fəaliyyətinin olmadığı ortaya çıxıb.

"Report" xəbər verir ki, bu barədə "Mənim Səsim" Seçki Monitorinq Koalisiyasının (SMK) sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə aid aralıq hesabatında bildirilib.

Hesabatla bağlı keçirilən mətbuat konfransında çıxış edən SMK-in həmtəsisçisi Səadət Bənənyarlı deyib ki, qadın namizədlərin sayı kifayət qədər azdır: "Ən çox qadın namizədlə çıxış edən isə Yeni Azərbaycan Partiyasıdır. 125 namizədin 30-u qadındır. Digər partiyaların namizədləri arasında gender məsələsi daha aşağı durumdadır".

Hesabatda qeyd olunub ki, əhalinin bir hissəsi növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkədə yeni bir mərhələ kimi qiymətləndirir, həmçinin seçkilərə laqeyd münasibət bəsləyənlər də müşahidə edilir:

"Əhali ümid edir ki, bu seçkilər bir sıra sosial problemlərin həllinə rəvac verəcək", - deyə hesabatda vurğulanır.

"Mənim səsim" SMK-dən bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən parlament seçkiləri ilə əlaqədar 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb.

Hesabatda deyilib ki, müşahidəçilərin verdiyi məlumatlara əsasən respublikanın heç bir yerində imza toplama prosesində namizədliyini irəli sürən şəxslərə maneçilik törədilməyib. Koalisiya üzvləri ilə görüşlərdə namizədliyini irəli sürən şəxslər tərəfindən bildirilən məlumatlara görə namizədliklərin qeydə alınmaması əsasən sənədləşmədəki qüsurlarla bağlı olub.

Hesabatda qeyd edilib ki, MSK ötən seçkilərdən sonra seçkilərin daha demokratik və şəffaf keçirilməsinə şərait yaradan bir sıra müsbət dəyişikliklər edib, onları həyata keçirib.

Bildirilib ki, ölkənin bütün ərazilərində seçkilər keçirilməsi üçün 125 seçki dairəsi, Dairə Seçki Komissiyası, 6300-ə yaxın Məntəqə Seçki Komissiyası yaradılıb. Müşahidəçilərin topladığı məlumata görə, bütün dairələrdə, məntəqələrdə seçkiyə hazırlıq işləri qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi