Yuxarı

Deputatlığa namizədlərə qoyulan yaş senzinin aradan qaldırılması təşəbbüsünə seçici münasibəti açıqlanıb

Referendumda iştirak edənlərin 88,3 faizi bu dəyişikliyi dəstəkləyib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda deputatlığa namizəd olmaq istəyənlərə qoyulan yaş senzinin aradan qaldırılması ilə bağlı dəyişikliyə seçici münasibəti açıqlanıb.

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsilə bağlı açıqladığı ilkin məlumatlara əsasən, Prezident İlham Əliyevin “85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin” təşəbbüsünə seçici münasibəti 88,3 faiz olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi