Deputatlığa namizədlər seçki məntəqələrinin yerləşdiyi məktəblərdə görüş keçirə bilərmi? - AÇIQLAMA

Deputatlığa namizədlər seçki məntəqələrinin yerləşdiyi məktəblərdə görüş keçirə bilərmi? - AÇIQLAMA Deputatlığa namizədlərin bəziləri seçki məntəqələsinin yerləşdiyi inzibati binalarda (orta məktəb, ali məktəb və s.) təşviqat xarakterli görüşlər keçirir. Həmin görüşlər bəzən sosial şəbəkələrdə rəqib namizədlər tərəfindən tənqidlə qarşılanır.
Daxili siyasət
24 Yanvar , 2020 10:43
Deputatlığa namizədlər seçki məntəqələrinin yerləşdiyi məktəblərdə görüş keçirə bilərmi? - AÇIQLAMA

Deputatlığa namizədlərin bəziləri seçki məntəqələsinin yerləşdiyi inzibati binalarda (orta məktəb, ali məktəb və s.) təşviqat xarakterli görüşlər keçirir. Həmin görüşlər bəzən sosial şəbəkələrdə rəqib namizədlər tərəfindən tənqidlə qarşılanır.

Seçki eksperti Məhərrəm Zülfüqarlı "Report"a açıqlamasında deyib ki, namizədlər öz dairələrində hansısa klub və məktəblərdə qanun çərçivəsində tədbirlər keçirirsə, burada heç bir qanun pozuntusu yoxdur.

Onun sözlərinə görə, həmin tədbir seçkiyə bir gün qalmış, 24 saat sonra dayandırılmayıbsa, onda bu, qanun pozuntusudur:

“Deputatlığa namizədlər məktəb rəhbərliyinin razılığı ilə seçicilərlə görüş keçirərsə, yenə də heç bir qanun pozuntusu yoxdur. Əgər məktəb rəhbərliyi deputatlığa namizədlərdən seçicilərlə görüş üçün birinə razılıq verib digərinə razılıq verməsə, onda problem yaranacaq, yəni qanun pozuntusu sayılacaq”.

Son xəbərlər

Orphus sistemi