Deputat: "Xarici qüvvələr Azərbaycanda təxribat törətməyə çalışırlar"

Deputat: "Xarici qüvvələr Azərbaycanda təxribat törətməyə çalışırlar" Bakı. 11 iyul. REPORT.AZ/ “Gəncədə baş verən hadisələr 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında törədilən hadisə ilə eyni xarakterlidir. Həmin hadisəni də Azərbaycan əsilli xarici vətəndaş törətmişdi. Azərbaycan bu hadisələrin öhdəsindən gələ bildi”.
Daxili siyasət
11 İyul , 2018 15:39
Deputat: Xarici qüvvələr Azərbaycanda təxribat törətməyə çalışırlar

Bakı. 11 iyul. REPORT.AZ/ “Gəncədə baş verən hadisələr 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında törədilən hadisə ilə eyni xarakterlidir. Həmin hadisəni də Azərbaycan əsilli xarici vətəndaş törətmişdi. Azərbaycan bu hadisələrin öhdəsindən gələ bildi”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, xarici qüvvələr Azərbaycanda təxribat törətməyə çalışırlar: “Azərbaycan Xaq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən hərbi parad, ordumuzun Naxçıvan istiqamətində qələbə çalması və s. məsələlər bəzi qüvvələri qıcıqlandırır. Amma onlar Gəncədəki hadisədən dərs aldılar. Çünki xalq olaraq biz dövlətimizin yanında olduq. İnsanlar səbrli olmalıdır, hər hansı təxribata uymamalıdırlar. Xalq sabitliyin tərəfindədir. Rəhbərlik etdiyim partiya da dövlətin siyasətini dəstəkləyir. Düşmən çox ciddi zərbə alıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddən sonra mitinqə çağırış etdiər, amma xalq onların yanında olmadı, qanunsuz aksiyada cəmi 150 nəfər iştirak edirdi. Ayıq-sayıq olmaq lazımdır. Məlum hadisə ilə bağlı cinayət iş açılıb, istintaqın nəticəsini gözləməliyik. Ümid edirik ki, günahkarlar layiqli cəzalarını alacaqlar”.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, ötən gün 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün hüquq-mühafizə orqanları tərəfindən intensiv iş aparılır.

Son xəbərlər

Orphus sistemi