Yuxarı
    Bağlamaq

    Deputat: "Xaricdən dayə gətirən azərbaycanlı valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar"

    Tahir Rzayev: Bu, olduqca təhlükəli tendensiyadır və qarşısı vaxtında alınmalıdır

    Bakı. 29 may. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bir çox ailələrin xaricdən övladlarına dayə gətirməsinə etiraz edib. “Report” xəbər verir ki, o, bunu Cinayət Məcəlləsinə edilən dəyişiklə bağlı danışarkən deyib.

    Deputat bildirib ki, yetkinlik yaşına çatmayan uşaqlara qarşı zorakılıq hallarına görə cəzaların sərtləşdirilməsinin tərəfdarıdır. 

    T.Rzayev, eyni zamanda, xaricdən övladlarının tərbiyəsi üçün dayə gətirən valideynlərə qarşı cəza tətbiq olunması təklifi ilə çıxış edib: “Bu gün Azərbaycana Filippindən, İngiltərədən, Koreyadan və digər ölkələrdən dayələr gətirilir. Bu dayələr də həmin uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər. Hətta onlar baxdıqları uşaqlara Azərbaycan dilində danışmağı qadağan edirlər. Bu isə bizim milli-mənəvi dəyərlərimizə ziddir və həmin uşaqlar böyüyəndə öz ana dillərində danışa bilmirlər. Odur ki, bu, olduqca təhlükəli tendensiyadır və bunun qarşısı vaxtında alınmalıdır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi