Deputat: "Ümid edirəm ki, ilin sonunadək əfv sərəncamı olacaq"

Deputat: "Ümid edirəm ki, ilin sonunadək əfv sərəncamı olacaq" "Prezident sərəncamının məqsəd odur ki, cəzaçəkmə müəssisələrində insanların sayı azalsın"
Daxili siyasət
1259
3 Noyabr , 2017 13:27
Deputat: Ümid edirəm ki, ilin sonunadək əfv sərəncamı olacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ "Ümid edirəm ki, bu ilin sonuna qədər əfv sərəncamı imzalanacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu, cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə edilən dəyişikliklərin tərkib hissəsidir: "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamının məqsəd odur ki, cəzaçəkmə müəssisələrində insanların sayı azalsın".

Son xəbərlər

Orphus sistemi