Bakı. 1 iyul. REPORT.AZ/ Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan-Gürcüstan sərhəddindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi olan qardaşı Mehmandar Həsənovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
M.İbrahimqızı "Report"a açıqlamasında qardaşı M.Həsənovun həbs olunmadığnı deyib.
O, qardaşı ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: "Bu məlumat əsassız və qərəzlidir. Qardaşım hazırda öz işindədir".
Qeyd edək ki, mətbuatda Azərbaycan-Gürcüstan Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Mehmandar Həsənovun saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun iş yerində, maşınında və evində axtarış aparıb, onun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Məlumatda qeyd olunub ki, M.Həsənovla yanaşı bir neçə nəfər də saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları bildirilir.