Deputat dərman preparatlarının ölkəyə gətirilməsi ilə bağlı təklif irəli sürüb

Deputat dərman preparatlarının ölkəyə gətirilməsi ilə bağlı təklif irəli sürüb “Həyati vacib olan 300 və ya 500 adda dərman preparatlarının ölkəyə gətirilməsini dövlət üzərinə götürməlidir"
Daxili siyasət
17 Mart , 2017 17:07
Deputat dərman preparatlarının ölkəyə gətirilməsi ilə bağlı təklif irəli sürüb

Bakı. 17 mart. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev dərman preparatlarının ölkəyə gətirilməsi ilə bağlı təklif irəli sürüb.

“Report”un xəbərinə görə, Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı M.Quliyev deyib ki, həyati vacib olan 300 və ya 500 adda dərman preparatlarının ölkəyə gətirilməsini dövlət üzərinə götürməlidir: “Qalan preparatlar isə sərbəst şəkildə gətirilsin”.
Deputat qeyd edib ki, valyuta bazarında baş verənlər dərmanların qiymətinə təsir edir.

Son xəbərlər

Orphus sistemi