Siyavuş Novruzov: “Azərbaycan işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil”

Siyavuş Novruzov: “Azərbaycan işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil” “Son günlər ərzində baş vermiş hərbi toqquşma Azərbaycan Ordusunun qüdrətini və qətiyyətini göstərdi. Qürurverici haldır ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılır, d
Daxili siyasət
16 İyul , 2020 11:08
Siyavuş Novruzov: “Azərbaycan işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil”
Siyavuş Novruzov

“Son günlər ərzində baş vermiş hərbi toqquşma Azərbaycan Ordusunun qüdrətini və qətiyyətini göstərdi. Qürurverici haldır ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur, eyni zamanda, operativ vəziyyətə nəzarət edilir”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu bundan əvvəl də dəfələrlə işğalçı Ermənistanın təxribat cəhdlərinin qarşısını qətiyyətlə alıb, döyüş meydanında öz gücünü göstərib:

“2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad edən müzəffər ordumuz iki il sonra uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsini nəzarətə götürdü, təcavüzkarları həmin bölgədən çıxardı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən götürülmüş strateji yüksəkliklər Ermənistanın bir neçə yaşayış məntəqəsinə, o cümlədən bu ölkədən Dağlıq Qarabağa gedən avtomobil yoluna nəzarət etməyə imkan verir. Məhz dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə layiqli cavab verilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır””.

YAP funksioneri qeyd edib ki, bu təxribat cəhdinin qarşısının qətiyyətlə alınması onu göstərir ki, Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir:

“Bu, eyni zamanda, Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Dövlət başçısının dediyi kimi, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi".

Son xəbərlər

Orphus sistemi