​VHP-nin qurultayı bu ilin dekabrında keçiriləcək

​VHP-nin qurultayı bu ilin dekabrında keçiriləcək Sabir Rüstəmxanlı: "VHP-də sədrliyə iddialılar olsa, sevinərəm"
Daxili siyasət
11 Mart , 2015 10:15
​VHP-nin qurultayı bu ilin dekabrında keçiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ "Azərbaycan Parlamentinə seçkilər keçirildikdən sonra VHP-nin qurultayı baş tutacaq. Konkret olaraq, qurultayı dekabrda keçirməyi planlaşdırmışıq".

Bunu "Report"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, hazırda qurultayla bağlı partiyanın rayon təşkilatlarının konfransları keçirilir: "Bu konfranslar bitdikdən sonra qurultayın dəqiq günü ilə bağlı qərar veriləcək".

S.Rüstəmxanlı qurultayla bağlı fikirlərini parlament seçkilərindən sonra açıqlayacağını qeyd edib: "Partiya üzvləri mənim sədrlikdən getməyimi istəmirlər. Hər halda bu məsələləri qurultay müəyyənləşdirəcək. VHP-də sədrliyə iddialılar olsa, sevinərəm. Fikirlərim partiyada müəyyən narazılıqlara səbəb olduğuna görə bu barədə açıqlama vermək istəmirəm. Parlament seçkilərindən sonra bu barədə mövqeyimi açıqlayacam".

Son xəbərlər

Orphus sistemi