Yeni Azərbaycan Partiyası “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirib Bakı. 20 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında bu gün “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirilib.
Daxili siyasət
20 Dekabr , 2018 12:50
Yeni Azərbaycan Partiyası “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirib

Bakı. 20 dekabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında bu gün “Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” adlı tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbir dayanıqlı inkişafla bağlı Azərbaycanda görülən işlərə dair filmin nümayişi ilə başlayıb.

Dovlət və hökumıt rəsmilərinin, deputatların iştirak etdiyi tədbirdə Azərbaycanda keyfiyyətli təhsilin təmin olunması ilə bağlı çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, hər bir ölkənin inkişafını təmn edən onun itellektual potensialıdır və bu potensialın formalaşmasında keyfiyyətli təhsilin mühüm rolu var.

F.Qurbanov bildirib ki, təhsillə bağlı dünya göstəricilərinə nəzər saldıqda vəziyyət ürək açan deyil: "Dünyada 262 milyon yeninyetmə məktəbə getmir. Məktəb yaşında qaçqınların sayı 4 milyondur və onlardan 2 milyonunun məktəbə getmək imkanı yoxdur. Dünyada 7 milyon nəfər oxumağı və yazmağı bacarmır. Bir sıra ölkələrdə bu sahədə çox acınacaqlı vəziyyət mövcuddur".

Azərbaycanda təhsil haqqında danışan F.Qurbanov vurğulayıb ki, ölkəmizdə təhsilə çox böyük diqqət yetirilir: "Ümummili lider Heydər Əliyev hələ Sovet dövründə təhsilə böyük diqqət yetirirdi. Bu siyasət bu gün də davam edir. Təhsilin infrastruktrunun və keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanda 3200 orta məktəb inşa edilib və əsaslı təmir olunub, 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb və bu proses davam edir”.

Ucqar kəndlərdə məktəblərin vəziyyətinə toxunan nazir müavini bildirib ki, bu istiqamətdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə son bir neçə ildə 237 modul tipli məktəblər tikilib istifadəyə verilib. F.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanda məktəblər ən müasir avadanlıqla təmin olunub: "Son illərdə müəllimlərin imtahandan keçməsi təhsilin inkişafını təmin edir. Azərbaycanda yüksək bal toplayan abiturinetlərin sayı da artmaqdadır. Xaricdə təsillə bağlı dövlət proqramları həyata keçirilir və bu proqram çərçivəsində xeyli sayda gənclərimiz dövlət hesabına xaricdə təhsil alıb".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətinin ən məsuliyyətli üzvlərindən biri kimi Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul edib. O vurğulayıb ki, DİM-lərin gənclərlə bağlılığı böyükdür: "Bunlardan biri də hər kəsin layiqli əməklə təmin olunmasııdır. Dünyada texnologiyaların inkişafı nəticəsində 100 milyondan çox insan işini itirib. Ümumilikdə, məşğulluqla ağlı dünyada vəziyyət ürəkaçan deyil. Azərbaycanda bu sahədə bir sıra nailiyyət əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkədə işsizlik və yoxsulluq 5 faizə düşüb, son 15 ildə ölkədə 2 milyondan çox iş yeri yaradılıb. DİM-lər bütün dövlət proqramlarına inteqasiya olunub".

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanda DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, müvafiq qanunlara əlavə və düzəlişlər edilir: "Parlament DİM-lərlə bağlı müntəzəm olaraq tədbirlər keçirir, qanunlara əlavə və düzəlişlər edir".

Daha sonra çıxı edən YAP Gəcnlər Birliyinin sədri Seymur Orucov deyib ki, dünyada ibtidai təhsil yaşına çatan, lakin təhsil almaq imkanı olmayan uşaqların 50 faizi münaqişə ocaqlarının payına düşür. O vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Lakin ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər nəticəsində qaçqın və məcburi köçkün uşaqların ibtidai təhsilə cəlb olunması ilə bağlı 100 faizlik nəticə əladə olunub. Azərbaycan bu istiqamətdə dünyanı qabaqlayır və əlbəttə, bu da dövlət başçısı tərəfindən həyata keçirilən təhsil, sosial siyasətinin məntiqi nəticəsidir”.

Tədbir çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi