Daxili işlər naziri Şəkidə vətəndaşlarla görüşüb

Daxili işlər naziri Şəkidə vətəndaşlarla görüşüb Tədbirdə 40 gəncin daxili işlər orqanlarında xidmətə qəbuluna razılıq verilib
Daxili siyasət
5 Sentyabr , 2015 17:23
Daxili işlər naziri Şəkidə vətəndaşlarla görüşüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün daxili işlər naziri Ramil Usubov Şəki şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Şəki şəhəri, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarından olan sakinlərin və bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.

Nazir vətəndaşları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Polis fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digərlərinin aidiyyəti qurumlara göndəriləcəyi diqqətə çatdırılıb.

Bununla yanaşı, KİV-də öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 230 gənc də qəbulda iştirak edib. Onların arasından xidmətə daha hazırlıqlı olan 40 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyəti baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi