Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə nəzarət strategiyası hazırlanacaq

Daxili siyasət
  • 28 fevral, 2023
  • 13:24
Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə nəzarət strategiyası hazırlanacaq

Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə 3 illik sahəvi nəzarət strategiyası hazırlanacaq.

“Report” xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Qeyd olunub ki, hər bir nəzarət orqanı tərəfindən risk əsaslı yanaşma rəhbər tutularaq cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə 3 illik sahəvi nəzarət strategiyası hazırlanmalıdır.

Strategiyanın hazırlanması bu ilin noyabr ayı üçün nəzərdə tutulub.

44 filmi