Cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar müzakirə edilib

Cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar müzakirə edilib Azərbaycan Respublikası Vəkillər Kollegiyanın (ARVK) inzibati binasında ARVK-nın sədrinin iştirakı ilə cinayət-prosessual qanunvericiliklə bağlı yaradılan İşçi Qrupunun iclası keçirilib.
Daxili siyasət
19 fevral 2025 15:34
Cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar müzakirə edilib

Vəkillər Kollegiyasının (ARVK) inzibati binasında ARVK-nın sədrinin iştirakı ilə cinayət-prosessual qanunvericiliklə bağlı yaradılan İşçi Qrupunun iclası keçirilib.

Bu barədə "Report"a ARVK-dan məlumat verilib.

Bildirilib ki, görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bu boşluqların hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.

Sonra görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib. Yekunda müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.

Son xəbərlər

Orphus sistemi