Ceyhun Bayramov Türkiyəni təbrik edibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 oktybar Türkiyənin milli bayramı – Respublika Günü münasibəti ilə qardaş ölkəni təbrik edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni milli bayramı – Respublika Günü münasibəti ilə təbrik edib.
"Report" xəbər verir ki, nazir təbrik mətnini rəsmi tviter səhifəsində paylaşıb.
"Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik", - XİN başçısı bildirib.
Bu gün #Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün Şəhidlərimizi dərin ehtiramla yad edirik.#BirMilletİkiDevletpic.twitter.com/KsjhZaYChZ