Cəmil Həsənli Milli Şuranın mitinqinə qatılmayıb

Cəmil Həsənli Milli Şuranın mitinqinə qatılmayıb MŞ Bakıda mitinq keçirib
Daxili siyasət
11 Sentyabr , 2016 18:37
Cəmil Həsənli Milli Şuranın mitinqinə qatılmayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq keçirib.

“Report”un məlumatına görə, Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) baş tutan mitinqə Milli Şura, Müsavat Partiyası və digər müxalifyönümlü təşkilatların nümayəndələri qatılıb.

Aksiyada Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Vidadi Mirkamal, Eldəniz Quliyev, AXCP-nin sədr müavini Nurəddin Məmmədli çıxış edib. Onlar çıxışlarında hakimiyyəti tənqid ediblər.

Milli Şuranın sədri Cəmil Həsənli isə mitinqə qatılmayıb.

Sonda mitinqin qətnaməsi oxunub.

Aksiya insidentsiz başa çatıb.

Son xəbərlər

Orphus sistemi