Cəlilabadda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub

Cəlilabadda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub Cəlilabad rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.
Daxili siyasət
26 Fevral , 2023 15:07
Cəlilabadda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub

Cəlilabad rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasim Cəlilabad şəhərində yerləşən Şəhidlər Parkı Abidə Kompleksində təşkil olunub. Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə idarə, müəssisə, təşkilat rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib. Saat 17:00-da isə rayonun ərazisində 1 dəqiqəlik sükut elan olunacaq, avtomobillərin hərəkəti dayandırılaraq, səs siqnalları veriləcək.

Son xəbərlər

Orphus sistemi