Cəlilabadda sərnişindaşıma problemi: mikroavtobuslar bərbad vəziyyətdədir

Cəlilabadda sərnişindaşıma problemi: mikroavtobuslar bərbad vəziyyətdədir Cəlilabad rayonu ərazisində müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar bərbad vəziyyətdədir.
Daxili siyasət
19 Yanvar , 2023 14:53
Cəlilabadda sərnişindaşıma problemi: mikroavtobuslar bərbad vəziyyətdədir

Cəlilabad rayonu ərazisində müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar bərbad vəziyyətdədir.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, həmin mikroavtobusların istismar müddəti başa çatıb. Sakinlər deyir ki, xəttə buraxılan bütün nəqliyyat vasitələri köhnəlib və buna görə də onların texniki imkanları heç bir standarta cavab vermir.

Belə ki, mikroavtobusların döşəmələri çürüyüb, oturacaqları isə yararsız hala düşüb. Buna görə də yayda istidən və tozdan, qışda isə soyuqdan və palçıqdan nəqliyyat vasitələrindən istifadə etmək sərnişinlər üçün əsl problemə çevrilib.

Rayon camaatı bu səbəbdən aidiyyəti qurumlardan xəttə yeni nəqliyyat vasitələrinin buraxılmasını təmin etməyi xahiş ediblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Report"un yerli bürosuna bildirilib ki, qurum tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır.

Qeyd olunub ki, sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir: "Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Həmçinin şəhərdaxili marşrutlarda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlarla mütəmadi görüşlər keçirilir. Görüş zamanı sahibkarlara avtobusların yenilənməsi tövsiyə edilir".

Son xəbərlər

Orphus sistemi